فراموش کردم
اعضای انجمن(414) صفحه اصلی انجمن
جستجوی انجمن
بهزاد زالی (BehzadElyar )    

تاریخده میثلی گؤرونمه‌ین بیزیم نسلین آنالارینا عشق اولسون!

درج شده در تاریخ ۹۵/۱۲/۱۷ ساعت 19:06 بازدید کل: 15 بازدید امروز: 7
 

بوگونکو جامعه‌میزده بو سؤزو چوخ ائشیتمیشیک «60-نجی ایل‏لرین جاوان‏لاری یانمیش نسل‏دیر»

بلی. بلکه بیر سیرا اقتصادی و اجتماعی شراییطه گؤره او سؤز یئرسیز دئییل! آنجاق من 60-نجی ایل‌لرین نسلی دئییل اونلارین آنالارینی حقیقی یانمیش نسل دوشونورم!

بو نسلین آنالارینین یاشادیق‏لارینی دوشونمه‌یه  بیراز کئچمیشه قاییداق. آنامیزین جاوانلیغینا و اره گئتمه‌لی زامان لارینا قاییداق! اره گئتمک کی نه دئمک! او زامان اره وئرردی‌لر! یازیق بعضی آنالاریمیز کبین کسیلن یا بعضن توی گونونه قدر گله‌جک حیات یولداشینین اوزونو بیله گؤره بیلمزدی کی. نه ایسه! آنامیزین تزه گلین اولان زامانینا قاییداق!

بیر بؤیوک پالچیق ائوده، قایین آتا-آناسی و 6-5 نفرلیک جاوان قایین‌لاری و بالدیزلاری ایله بیرلیکده یاشاییردی. حیات یولداشی آی‏لارجا قوربتده اولماسایدی سحر تئزدن ایشه گئدیب گئجه یورغون-آرغین ائوه قاییداردی. بو موددتی بیزیم آنامیز نه‌لرچکیردی! گئجه قایین آتا-آناسیندان سونرا یاتاماسی گره‌کلی اولان آنامیز هامیدان تئز اویانیب اودون‌لاری یاندیریب حامام و تووالئت سویونا کیمی قیزدیریب ائو اهلی آییخانا قدر حاضیرلامالی ایدی!

قایین‏لاری و قایین آتاسی‏نین حضورونا گؤره باشیندان چادیراسی اوزولمه‌دییی حالدا او بؤیوکلوکده ائوی سوپوروب حیطینین زیبیلینی ییغیشدیریب هر نه یی تر-تمیز سهمانا سالیب سکی‏ده اوتورب گونشین چیخیب ایشیق ساچماسینی و هاوانین آزاجیق قیزیشماسینی گؤزله‌ییر!

آما نه یازیق همیشه‌کی کیمی قایین‏آنا دوروب ائیواندان باخیب اونو اوتورموش حالدا گؤرور!

«آی قیز! نه اوتوروبسان؟! گؤرمورسن‏می ائوده  یویولاجاق پالتارلارین ییغیشماسینی؟! پس هاچان اونلاری یوماغا آپاراجاقسان؟!» دئیه سسله نیر!

گلین‏آنامیز همن یئریندن قالخیب «باش اوسته آناجان. بو آن یوماغا آپاراجاغام» دئییب یولا دوشور.

سحر-سحر قیشین سویوق گونونده پالتارلاری چیینینه آلیب بولاق باشینا ساری یولا دوشور. هرگونکو کیمی دونموش بولاغین بوزلارینی سیندیریب پالتارلاری یوماغا باشلاییر. سونرا یویولموش پالتارلاری سبده ییغیب ائوه ساری قاییدیر. چیینینده کی سبددن سوزولن سویوق سو بوتون جانینی بورویور! حیطه کئچیب پالتارلاری شریته سریر. اوتاقدان بالاجا کؤرپه‌سینین آغلاماق سسی گلدی. ائودن«آی قیز! گل بو اوشاغین سسینی کس» دئیه چاغیریردی‌لار! گلین همن کؤرپه‌نین اوزه‌رینه قونوب، سوتونو وئریب، قیچینا سالیب اونو ساکیتله‌شدیردی. اوشاغین اوزونه باخیب اؤپمک ایسته‌ییردی آنجاق «قایین آنام گؤرر بیردن» دئیه جسارت ائله‌یه بیلمیردی! آللاهدان گیزیلی دئییل سیزدن نه گیزلی! قاییناناسینین گؤزوندن اوزاق نئچه سئری اوشاغینی اؤپدو!

بو حالدان چوخ کئچمه‌دن قایین آنا باغیراراق دئیینمه‌یه باشلادی!

«آی کؤ... قیزی! بس نئیلیرسن؟! دور کئچ تؤوله‌یه قویون لاری ساغ اوشاق لارین چای چؤره‌ک لرینی وئر یئسین‌لر گئتسین‌لر ایش لرینه گوج لرینه!... دونن چالدیغین قاتیق‏لاری دا وئر ممد آپارسین...»

قایین آنا نه قایین آنا! حکومت باشچیسی‌دیر برده سینه امر ائدیر سانکی!

و بئله‌لیکله آنامیز سحری ناهار ائله‌دی، ناهاری شام ائله‌دی و ایل‌لر بویو بئله یاشام سورمه یه داوام ائتدی.

نئچه ایل کئچدی، او کؤرپه‌ده‌کی اوشاق بؤیودو اؤزونه بیر کیشی اولدو. عایله سی ایله بیرلیکده شهره کؤچدولر. قایین آتا-آناسی قوجالیب ناخوشلامیشدی‌لار. گلین اونلارین هر ایشینه یئتیشردی. عؤمورلرینین سونونا قدر اونلارین قوللوغوندایدی.

گون‏لر کئچدی، ایل‏لر اؤتدو آنامیز دا یاشلانماغا باشلادی. اوغلونو ائولندیرمک ایسته‌ییردی!

«نه گؤزه‌ل! من ده اوغلومو ائوله‌ندیریب قایینانا اولاجاغام» دئیه سئوینیردی.

آما نه یازیق زامان ده‌ییشیلمیشدی! تزه گلینین ائوله‌نمه‌یه ایلک شرطی قاییناناسیندان آیری یاشاماق ایدی! هر حالدا تزه گلین آنامیزدان آیری یاشاماغا باشلادی.

یئنه ده آنامیز، گلینی یاخشی اولدوغونا گؤره سئوینیر! آخی آداخلیمیز تویوموزدا بیزیم مالی وضعیتیمیزین آزلیغینا دؤزوب بیراز اوجوزلو قیزیل سئرویسی آلدیرمیشدی!

آنامیز، هردن بیر گلینی گلیب اونا باش وورماغینا گؤره چوخ سئوینیر آللاهینا شوکور ائله ییر. فقط تزه گلینی سون دفعه اونا قاش‌قاباق تؤکه‌نده بیراز اوزولموشدو. اونون دا گوناهی ائله آنامیزدایدی! آخی او نه اوچون گلینینین قاش- گؤزونو آرتیقراق بزه‌ییب خالق ایچینه چیخماسینا توخونوردو کی؟!

البته آنامیز سونراسی زنگ ووروب عوذور ایسته‌میشدی. یازیق نئیله سین! بیر لحظه اونودوب زامانین ده‌ییشلدییینی و بوندان اؤنجه‌کی نسل‏لرین گلین-قایینانالیق قایداسینین پوزولدوغونو...!

 

و منجه تاریخ بویوندا گلینلیک‏لرینده ده قایینانالیق‏لاریندا دا یانان تکجه نسل بیزیم آنالاریمیزدیر.

عشق اولسون آنالاریمیزا.

 

تئلئگرام کانالی:

@BehzadElyar

تئلئگرام آدرئسیم:

@BehzadZali

Ana - آنا

bugünkü camiəmizdə bu sözü çox eşitmişik «60-ci il‏lərin cavan‏ları yanmış nəsil‏dir»

bəli. bəlkə bir sıra iqtisadi və ictimai şərayitə görə o söz yersiz deyil! ancaq mən 60-ci illərin nəsli deyil onların analarını həqiqi yanmış nəsl düşünürəm!

bu nəslin analarının yaşadıq‏larını düşünməyə biraz keçmişə qayıdaq. anamızın cavanlığına və ərə getəməli zamanlarına qayıdaq! ərə getmək ki nə demək! o zaman ərə verərdilər! yazıq bəzi analarımız kəbin kəsilən ya bəzən toy gününə qədər gələcək həyat yoldaşının üzünü bilə görə bilməzdi ki. nəisə! anamızın təzə gəlin olan zamanına qayıdaq!

bır böyük palçıq evdə, qayın ata anası və 5-6 nəfərlik cavan qayınları və baldızları ilə birlikdə yaşayırdı. həyat yoldaşı ay‏larca qurbətdə olmasaydı səhər tezdən işə gedib gecə yorğun-arğın evə qayıdardı. bu müdədəti bizim anamız nələr çəkirdi! gecə qayın ata anasından sonra yatması gərəkli olan anamız hamıdan tez oyanıb odunları yandırıb hamam və tuvalet suyuna kımı qızədırıb ev əhli ayıxana qədər hazırlamalı idi!

qayın‏ları və qayın atası‏nın huzuruna görə başından çadırası üzülmədiyi halda o böyüklükdə evi süpürüb həyətinin zibilini yığışdırıb hər nəyı tər-təmiz səhmana salıb səki‏də oturub günəşin çıxıb ışıq saçmasını və havanın azacıq qızışmasını gözləyır!

ama nə yazıq həmişəki kimi qayın‏ana durub eyvandan baxıb onu oturmuş halda görür!

«ay qız! nə oturubsan?! görmürsən‏mi evdə yuyulacaq paltarların yığışmasını?! pəs haçan onları yumağa aparacaqsan?!» deyə səslə nır!

gəlin ‏anamız həmən yerindən qalxıb «baş üstə anacan. bu an yumağa aparacağam» deyib yola düşür.

səhər-səhər qışın soyuq günündə paltarları çiyninə alıb bulaq başına sarı yola düşür. hərgünkü kımı dunmuş bulağın buzlarını sındırıb paltarları yumağa başlayır. sonra yuyulmuş paltarları səbədə yığıb evə sarı qayıdır. çiyinındəki səbəddən süzülən suyuq su bütün canını bürüyür! həyətə keçib paltarları şəritə sərir. otaqdan balaca körpəsinin ağlamaq səsi gəldi. evdən«ay qız! gəl bu uşağın səsini kəs» deyə çağırırdılar! gəlin həmən körpənin üzərinə qonub, sütünü verib, qıçına salıb onu sakitləşdirdi. uşağın üzünə baxıb öpmək istəyirdi ancaq «qayın anam görər birdən» deyə cəsarət eləyə bilmirdi! allahdan gizli deyil sizdən nə gizli! qayınanasının gözündən uzaq neçə seri uşağını öpdü!

bu haldan çox keçəmədən qayın ana bağıraraq deyinməyə başladı!

«ay kö... qızı! bəs neylirsən?! dur keç tövləyə qoyunları sağ uşaqların çay çörəklərini ver yesinlər getsinlər işlərinə güclərinə!... dünən çaldığın qatıq‏ları da ver məmməd aparsın...»

qayın ana nə qayın ana! hukumət başçısıdır bərdəsinə əmr edir sankı!

və beləliklə anamız səhəri nahar elədi, naharı şam elədi və illər boyu belə yaşam sürməyə davam etədi.

neçə il keçdi, o körpədəki uşaq böyüdü özünə bir kişi oldu. ayləsi ilə birlikdə şəhərə köçdülər. qayın ata anası qocalıb naxoşlamışdılar. gəlin onların hər işinə yetişərdi. ömürlərinin sonuna qədər onların qulluğundaydı.

gün‏lər keçdi, il‏lər ötdü anamız da yaşlanmağa başladı. oğlunu evləndirmək istəyirdi!

«nə gözəl! mən də oğlumu evləndirib qayınana olacağam» deyə sevinirdi.

ama nə yazıq zaman dəyişilmişdi! təzə gəlinin evələnməyə ilk şərti qayınanasından ayrı yaşamaq idi! hər halda təzə gəlin anamızdan ayrı yaşamağa başladı.

yenə də anamız, gəlini yaxşı olduğuna görə sevinir! axı adaxlımız toyumuzda bizim mali vəzyətimizin azlığına dözüb biraz ucuzlu qızıl servisi aldırmışdı!

anamız, hərdən bir gəlini gəlib ona baş vurmağına görə çox sevinir allahına şükür eləyir. fəqət təzə gəlini son dəfə ona qaşqabaq tökəndə biraz üzülmüşdü. onun da günahı elə anamızdaydı! axı o nə üçün gəlininin qaş- gözünü artıqraq bəzəyib xalq içinə çıxmasına toxunurdu kı?!

əlbətə anamız sonrası zəng vurub üzür istəmişdi. yazıq neyləsin! bir ləhəzə unudub zamanın dəyişildiyini və bundan öncəki nəsil‏lərin gəlin-qayınanalıq qaydasının pozulduğunu...!

və məncə tarix boyunda gəlinlik‏lərində də qayınanalıq‏larında da yanan təkəcə nəsl bizim analarımızdır.

eşq olsun analarımıza.

 

Telegram kanalı:

@BehzadElyar

 

Telegram adresim:

@BehzadZali

این مطلب توسط موسی اصلانی بررسی شده است. تاریخ تایید: ۹۵/۱۲/۱۷ - ۲۲:۵۸
اشتراک گذاری: تلگرام فیسبوک تویتر

1
2
3
4
5
6
7
1 2 3 4 5 6 7


لوگین شوید تا بتوانید نظر درج کنید. اگر ثبت نام نکرده اید. ثبت نام کنید تا بتوانید لوگین شوید و علاوه بر آن شما نیز بتوانید مطالب خودتان را در سایت قرار دهید.
فراموش کردم
تبلیغات